İki il ərzində Ermənistanın silah idxalında Hindistanın payı 43 % olub
sizinxeber.az xəbər saytı

İki il ərzində Ermənistanın silah idxalında Hindistanın payı 43 % olub


2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43 %-ni Hindistan təmin edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) istinadən məlumat yayıb.

"SIPRI-nin məlumatına görə, 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 %-i Hindistanın payına düşüb", - məlumatda bildirilib.

Qeyd olunub ki, son illərdə Hindistan Ermənistan silahlı qüvvələri üçün əsas silah tədarükçüsünə çevrilib. Belə ki, 2022-2023-cü illərdə tərəflər yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli artıq Ermənistana reaktiv yaylım atəş sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatları təhvil verib və ya təhvil verməyə hazırlaşır.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə illərində silah və hərbi texnikanın alınması haqqında bağlanmış müqavilələrin dəyəri 600 milyon dollar təşkil edib.

Oxşar xəbərlər

SIPRI: 2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb
Bu ölkə Ermənistana yenə silah göndərir
Ermənistanın aldığı silahların qiyməti şok etdi
Pentaqon Ukrayna üçün 1,7 milyard dollarlıq iki silah paketi elan edib
2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər