Bu ölkə Ermənistana yenə silah göndərir
sizinxeber.az xəbər saytı

Bu ölkə Ermənistana yenə silah göndərir


Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib:

“Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, son illər Hindistan və Fransa Ermənistanın silahlanmasında xüsusi rol oynamağa başlayıb.

Oxşar xəbərlər

Hindistan Ermənistana yeni silahlar göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan Fransadan “Rafale” qırıcılarının tədarükü üçün müraciət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyanın yalanı üzə çıxdı: Rusiyadan silahı niyə ala bilməyib? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Ukraynaya bu silahları göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Ermənistana 50 ton yardım göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər