Pentaqon Ukrayna üçün 1,7 milyard dollarlıq iki silah paketi elan edib
sizinxeber.az xəbər saytı

Pentaqon Ukrayna üçün 1,7 milyard dollarlıq iki silah paketi elan edib


ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi dəyəri 1,7 milyard dollar olan iki silah paketi hazırlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar artıq Ukraynaya 200 milyon dollar dəyərində ilk silah paketi ayırıb. Bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat, artilleriya və s. daxildir.

"Pentaqon əlavə olaraq Ukraynaya uzun müddətli perspektivdə onun müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş əhəmiyyətli təhlükəsizlik yardımı paketi təqdim edir”, - Kirbi bildirib.

Oxşar xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib
ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni silah partiyası ayırıb
Politico: ABŞ Ukrayna ordusuna silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr hazırlayır
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər