Ali Radanın komitə sədri: Ukrayna heç vaxt ərazilərinin itirilməsi ilə razılaşmayacaq
Ukraynada prezidentdən tutmuş deputatlara qədər qəti mövqe ondan ibarətdir ki, ölkə heç vaxt müvəqqəti olaraq işğal olunmuş ərazilərinin itirilməsi ilə razılaşmayacaq.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ali Radanın milli təhlükəsizlik komitəsinin sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Nikita Poturaev Ukraynanın danışıqlarda Rusiyaya ərazi güzəştləri ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
"Ərazilərin geri qaytarılması 2023-cü ildə ola bilərdi, lakin bu, baş vermədi. Təəssüf ki, o zaman ABŞ administrasiyası Rusiyanın nüvə hədələrindən çəkindiyinə görə Ukraynaya ərazilərin əksəriyyətini geri qaytarmağa imkan vermədi. Daha doğrusu o yardımı etmədi. Bu gün isə bunu etmək son dərəcə çətindir. Ona görə də indi müzakirə olunan bütün təkliflər hərbi əməliyyatların dayandırılması və atəşkəs təklifləridir”, - komitə sədri vurğulayıb.
“Əgər biz işğaldan azad olunmağa və bu ərazilərin dövlətimizə qaytarılmasına yalnız diplomatik yollarla müraciət etməyə məcbur olsaq, nə qədər vaxt aparsa da, bu yolla gedəcəyik", - N.Poturaev vurğulayıb.
Oxşar xəbərlər
Ali Radanın komitə sədri: COP29 nəticələrini yüksək qiymətləndirirəm
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Zelenski Stubb ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Ukraynaya yardımı müzakirə edib
Ukrayna Rusiyanın dərinliklərini vuracaqmı? - Kiyevdən gecikmiş icazəyə reaksiyalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












