Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
sizinxeber.az xəbər saytı

Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib.

Sizinxəbər.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:

"Yəni komitə sədri seçilməyənə qədər komitə sədrinin müavini kimi iclaslara mən rəhbərlik edəcəyəm. Komitə sədri seçiləndən sonra proses əvvəlki qaydada davam edəcək", - F.Mustafa əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Oxşar xəbərlər

Qənirə Paşayeva dəfn olundu
Qənirə Paşayevanın dəfn ediləcəyi yer açıqlandı
“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.
Qənirə Paşayevanı o əvəz edəcək
Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər