Kobaxidze: “Ərazi bütövlüyünün bərpası ardıcıl siyasət və səbr sayəsində mümkün olacaq
sizinxeber.az xəbər saytı

Kobaxidze: “Ərazi bütövlüyünün bərpası ardıcıl siyasət və səbr sayəsində mümkün olacaq


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün bərpasının real hədəf olduğunu və bu məqsədə ardıcıl siyasət və səbr yolu ilə nail olmağın mümkünlüyünü bildirib.

“Sizinxeber.az”un yerli bürosun xəbər verir ki, Baş nazir bu barədə “İmedi” telekanalına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, siyasətlə məşğul olan hər şəxs fəaliyyətinin ölkənin inkişafına uzunmüddətli təsir göstərməsini təmin etməlidir.

“Hesab edirəm ki, siyasətdə olan istənilən şəxs ölkənin inkişafında iz qoymağa çalışmalıdır. Hadisələr dinamik inkişaf edir və bu prosesin hara gedəcəyi indidən məlum deyil. Amma inanıram ki, istənilən məqsədə, o cümlədən əsas arzumuz olan ərazi bütövlüyünün bərpasına da ardıcıl siyasət və səbr yolu ilə çatmaq mümkündür”, - Kobaxidze bildirib.

O əlavə edib ki, bu məsələ bir sıra amillərdən asılı olacaq, lakin düzgün siyasət və səbr nəticəsində istənilən hədəfə nail olmaq mümkündür:

“Əgər mən bu işdə kiçik də olsa bir töhfə verə bilsəm, çox xoşbəxt olaram. Ümid edirəm ki, fəaliyyətimlə bu istiqamətdə müəyyən iz buraxacağam,” - hökumət başçısı vurğulayıb.

Oxşar xəbərlər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür
Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil
Kobaxidze: Qanunlar hüquqi prinsiplərə uyğun gəlmədiyi təqdirdə dəyişdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər