Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil
Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib.
"Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir", - Kobaxidze deyib.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.
"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur", - Kobaxidze vurğulayıb.
Oxşar xəbərlər
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb
Kobaxidze: Gürcüstan Rusiya ilə bağlı praqmatik siyasətini davam etdirəcək
Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür
Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır
Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













