Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Gürcüstanın XI çağırış parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və 2025-2028-ci illəri əhatə edən "Yalnız sülh, ləyaqət və rifahla Avropaya doğru" adlı hökumət proqramına etimad göstərib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Hökumət proqramına əsasən, Gürcüstanın iki əsas milli məqsədi var: ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası və yoxsulluğun tam aradan qaldırılması. Proqram dövlət siyasətinin dörd əsas istiqamətini əhatə edir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.
Hökumətin xarici siyasət və müdafiə ilə bağlı baxışı ərazi bütövlüyünün sülh yolu ilə bərpasına və suverenliyin gücləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.
İ.Kobaxidze parlamentin plenar iclasında deputatları hökumətin planları ilə tanış etdikdən sonra onun Baş nazir vəzifəsinə namizədliyinə, təklif etdiyi hökumətin tərkibinə və 2025-2028-ci illər üçün hökumət proqramına etimadın göstərilməsi məsələsi ilə bağlı səsvermə keçirilib.
Noyabrın 26-27-də isə nazir vəzifəsinə namizədlər parlament komitələrində çıxış edərək deputatları ayrı-ayrı qurumların iş planı ilə tanış ediblər.
Hökumətin tərkibində üç dəyişiklik olub. Bu dəyişikliklər Xarici İşlər, Ədliyyə, Ətraf Mühit və Kənd Təsərrüfatı nazirliklərini əhatə edib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan etibarən Gürcüstan parlamenti hökumətə etimad proseduruna başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakim partiya: Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamenti baş nazirin namizədliyini və hökumətin tərkibini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












