Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb
sizinxeber.az xəbər saytı

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində azı dörd nəfər ölüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov teleqramda bildirib.

“Xarkov. Dron hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”, – o qeyd edib. Bundan başqa, şəhər meri İhor Terexovun məlumatına görə, şəhərin atəşə tutulması nəticəsində 35 nəfər yaralanıb.

Qeyd edək ki, aprelin 3-də axşam Rusiya ordusu Xarkova zərbə PUA-ları ilə hücum edib. Zərbə dəyən yerlərdən birində yanğın baş verib. Daha əvvəl üç nəfərin öldüyü, daha 34 nəfərin xəsarət aldığı bildirildi. Xilasedicilər hələ də insanların ola biləcəyi uçqunları təmizləməyə davam edirlər.

Oxşar xəbərlər

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
Rusiyanın Xarkova dron hücumunda Ukrayna Ali Məhkəməsinin hakimi ölüb
Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb
Rusiya Xarkovu bombalayıb, 11 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər