Rusiyanın Xarkova dron hücumunda Ukrayna Ali Məhkəməsinin hakimi ölüb
sizinxeber.az xəbər saytı

Rusiyanın Xarkova dron hücumunda Ukrayna Ali Məhkəməsinin hakimi ölüb


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə dron hücumu nəticəsində respublikanın Ali Məhkəməsinin hakimi ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarkov Vilayət Dövlət Administrasiyasnın sədri Oleh Sinehubov və Xarkov vilayət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hücum sentyabrın 28-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) radələrində gerçəkləşib.

“Dron şəxsi avtomobilə dəyib. Dinc sakin – kişi ölüb, şəxsiyyəti müəyyənləşdirilir. Daha üç qadın yaralanıb, tibbi müəssisəyə yerləşdirilib”, – Sinehubov teleqramda qeyd edib.

Xarkov vilayət prokurorluğu məlumatı təsdiqləyərək ölən şəxsin Ali Məhkəmə hakimi olduğunu açıqlayıb. Prokurorluq hakimin yerli sakinlərə humanitar yardım daşıdığını diqqətə çatdırıb.

Daha sonra Ali Məhkəmə həlak olan şəxsin 61 yaşlı Leonid Loboyko olduğunu bildirib. O, Ali Məhkəmənin Kassasiya cinayət məhkəməsinin hakimi olub.

Oxşar xəbərlər

Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
Rusiya Xarkova dron hücumu edib, ölənlər var
Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər