Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri , və teleqramda bildiriblər.
“Saat 13:30 radələrində Kupyansk şəhərinin atəşə tutulması nəticəsində ikimərtəbəli evin iki bloku dağıdılıb, azı 5 fərdi evə ziyan dəyib. Yaralı iki qadın tibb müəssisələrinə yerləşdirilib, bir mülki şəxsə isə yerindəcə tibbi yardım göstərilib. Dağıntılar altında insanlar ola bilər. Fəsadların aradan qaldırılması davam edir”, – Sinehubov qeyd edib.
O əlavə edib ki, təkcə şənbə günü işğalçı qüvvələr Xarkov vilayətində sərhəd yaşayış məntəqələrinə 10-dan çox hava zərbəsi endiriblər.
Bundan başqa, ölkənin Sumı vilayətinin Xotın icmasının ərazisinə endirilmiş artilleriya zərbələri sonucunda bir mülki şəxs ölüb, digəri yaralanıb. Bildirilib ki, ümumilikdə ərazidə 11 partlayış qeydə alınıb.
Oxşar xəbərlər
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lisiçanskda raket zərbəsi nəticəsində 28 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə şəhərinin ilk raket hücumuna məruz qalmasından üç il ötür - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib, 4 nəfər ölüb, 34-ü yaralanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












