Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyik
sizinxeber.az xəbər saytı

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyik


Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Vaşinqtonda ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyini bildirib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib.

"2-3 aprel tarixlərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə Vaşinqtonda Prezident Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşlər keçirirəm", - K.Dmitriyev yazıb.

O qeyd edib ki, Cozef Bayden administrasiyası dövründə Rusiya və ABŞ arasında tamamilə pozulmuş dialoqun bərpası bütün dünya üçün çox vacibdir.

"Bəli, dialoqun bərpası asan olmayan və tədricən gedən prosesdir. Lakin hər bir görüş, hər bir səmimi söhbət irəli getməyə imkan verir. Rusiyanın mövqeyinin real olaraq başa düşülməsi konstruktiv qarşılıqlı əlaqələr, o cümlədən investisiya və iqtisadi sahədə əməkdaşlıq üçün yeni imkanlar açır", - o vurğulayıb.

Oxşar xəbərlər

Ağ Evdə ABŞ və Rusiya prezidentlərinin xüsusi nümayəndələrinin görüşü keçiriləcək
Fondun baş direktoru: Baydenin səhvlərini düzəltmək üçün Rusiya və ABŞ-ni uzun yol gözləyir
Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dolları ötüb
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Putin Oreşkini BRICS ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle