Fondun baş direktoru: Baydenin səhvlərini düzəltmək üçün Rusiya və ABŞ-ni uzun yol gözləyir
sizinxeber.az xəbər saytı

Fondun baş direktoru: Baydenin səhvlərini düzəltmək üçün Rusiya və ABŞ-ni uzun yol gözləyir


Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev ABŞ və Rusiya arasında çoxlu sayda fikir ayrılıqlarının olduğunu bildirib.

Bu barədə Sizinxeber.az "İnterfaks"a istinadən xəbər verir.

"Çoxlu sayda fikir ayrılıqları var. ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının etdiyi səhvləri düzəltmək üçün qarşımızda uzun yol var", - K.Dmitriyev bildirib.

O, həmçinin qeyd edib ki, Ər-Riyadda aparılan danışıqlarda ABŞ tərəfi iki ölkə arasında dialoqun zəruriliyi barədə mühüm mesaj səsləndirib.

Baş direktorun sözlərinə görə, C.Baydenin dövründə mövcud olan paradiqma arxa plana keçib və Tramp administrasiyası əlaqələrin qurulmasına can atır.

"Qarşıda çox uzun yol var", - o qeyd edib.

Oxşar xəbərlər

Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dolları ötüb
Tramp: Bayden Ukrayna ilə bağlı danışıqlarda səhvlərə yol verib
Medvedev: Bayden Qərblə Rusiya arasında nüvə münaqişəsinə çevrilə biləcək müharibəyə səbəb olub
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle