sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna dekabrda 8,5 milyard dollarlıq beynəlxalq yardım almağa ümid edir
Ukrayna dekabr ayının sonuna qədər beynəlxalq tərəfdaşlardan 8,5 milyard dollar məbləğində maliyyə yardımı almağa ümid edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədri Andrey Pışnıy bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq yardıma Avropa İttifaqının "Ukraine Facility" mexanizmi çərçivəsində vəsaiti (4 milyard avrodan çox), Beynəlxalq Valyuta Fondunun (BVF) ayırdığı kreditin yeddinci tranşı (1,1 milyard dollar), eləcə də digər tərəfdaşlardan təxminən 3 milyard dollar daxildir.
Ümumilikdə, Ukrayna 2022-2024-cü illərdə beynəlxalq tərəfdaşlardan 106 milyard ABŞ dolları məbləğində vəsait cəlb edib.
Oxşar xəbərlər
BVF Ukraynaya 1,1 milyard dollar məbləğində tranşı təsdiqləyib
Beynəlxalq Valyuta Fondu Pakistana 7 milyard dollar ayırıb
BVF Ukraynaya 1,1 mlrd dollar ayırıb
Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb"
Lloyd Ostin: Rusiya Ukrayna ilə müharibəyə 200 milyard dollar xərcləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













