Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorizmdə ittiham olunurlar
sizinxeber.az xəbər saytı

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorizmdə ittiham olunurlar


Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçılarını terrorizmdə ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, İstintaq Komitəsi silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.

"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və onlar məhkəmə tərəfindən nəzarətə götürülüb”, - məlumatda deyilir.

Digər şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır.

“İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarında iştirak edənlərin heç biri cinayət məsuliyyətindən yayınmasın”, - idarədən bildirilib.

Oxşar xəbərlər

Ermənistanda polis bölməsinə hücumla bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb
Rusiyada terror aktında həlak olanların bir qisminin adları açıqlanıb
İrəvandakı iğtişaşlarla bağlı cinayət işi açıldı
Separatçıların atəşi nəticəsində Şuşada mülki şəxs həlak oldu
Xanlar Vəliyev: "Tərtər işi" ilə bağlı vaxtında istintaq aparmışıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle