"Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib".

Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunub ki, hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib.

"Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb", - deyə açıqlamada bildirilir.