Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Sizinxeber.Az xəbər verir ki, İlham Əliyev bununla bağlı "X" hesabında paylaşım edib:

"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə sizə səmimi minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək TRIPP layihəsinə start verdiklərini bildiriblər.

ABŞ prezidenti layihənin həyata keçirilməsinə görə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.