"Ötən həftə ərzində İranın buraxdığı raket və pilotsuz uçuş aparatlarının (PUA) sayı bütövlükdə bu il ərzində qeydə alınan göstəriciləri geridə qoyub".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, İrana məxsus bütün mərmilər havada zərərsizləşdirilib.
Dövlət başçısı hesab edir ki, hücumların intensivləşməsi Birləşmiş Ştatlarda keçirilən aralıq seçkidə demokratların qələbə qazanması ilə birbaşa bağlıdır.
"İran rəhbərliyi demokratları zəif, səmərəsiz və ölkəni məhv edən qüvvə kimi görür, lakin mən buna yol verməyəcəyəm", - deyə prezident vurğulayıb.
Bir gün əvvəl Tramp tərəflər arasında sülh razılaşması əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana qarşı zərbələrin bərpa ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Hazırda Vaşinqton və Tehran vasitəçilərin dəstəyi ilə danışıqları davam etdirsələr də hələlik yekun razılaşma yoxdur. Həmin gün Pentaqonun sabiq rəhbəri Mark Esper ABŞ və İran arasındakı müharibənin 2029-cu ilə qədər davam edə biləcəyini ehtimal etdiyini açıqlayıb. O, həmçinin Trampın həyata keçirdiyi İrana qarşı iqtisadi blokada siyasətini dəstəklədiyini diqqətə çatdırıb.