"Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra Azərbaycan ilə sülh sazişi imzalanacaq".

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində bildirib.

O müraciətində qeyd edib ki, özünün bütün mənəvi, siyasi və insani etibarlılığını bu məsələyə sərf edir. Nikol Paşinyan vəd edib ki, yeni Konstitusiyanın qəbul edilməsi ilə təkcə sülh sazişi imzalanıb ratifikasiya edilməyəcək, eyni zamanda institusional sülh də təmin ediləcək.

Paşinyan bir daha təkrarlayıb ki, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, o zaman istefa verəcək, əgər onu dəstəkləsələr, o zaman növbəti seçkidə baş nazir postuna namizədliyini irəli sürməyəcək.