Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında olan sülh sazişi tarixi Vaşinqton sammiti çərçivəsində paraflanıb: “Sazişin preambulası və 17 maddəsi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Azərbaycan açıq şəkildə bildirib ki, sazişə son imzanı yalnız bir şərtlə qoymağa razıdır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.
Bu, Ermənistanın daxili prosesidir və onun nə zaman baş verəcəyini müəyyən etmək bizim gücümüz xaricindədir. Bu gün açıqlanan Ermənistan Konstitusiyası təklifi ilə bağlı hər hansı şərh vermək istəməzdim. Bu Ermənistanın daxili məsələsidir. Bizim üçün orada vacib olan yeganə məsələ yeni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almamasıdır. Açıqlanan mətnə əsasən, hazırda belə bir hal mövcud deyil. Biz bunu çox yüksək qiymətləndiririk”.