Türkiyə Aya iki kosmik gəmi göndərəcək
Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb.
Söhbət Türkiyə Kosmik Agentliyinin (TKA) Aya gəmi göndərməsindən gedir. “AYAP-1” adlı kosmik gəmi gələn il Aya göndəriləcək.
Bu gündən etibarən “AYAP-1” çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri aparılır. Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi üçün danışıqlar davam edir.
“AYAP”ın ikinci mərhələsində aparatın milli daşıyıcı ilə kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə “AYAP-2” kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Qeyd edək ki, TKA rəhbəri Yusuf Kıraç daha əvvəl ölkəsinin kosmosda aparıcı aktorlardan biri olacağını bildirmişdi.
Oxşar xəbərlər
SpaceX 2026-cı ilə qədər Marsa pilotsuz kosmik gəmi göndərəcək
Yusuf Kıraç: "Azərbaycan və Türkiyə peyklərindəki datalar iki ölkə üçün faydalıdır"
“Crew Dragon” gəmisi BKS-in digər moduluna uğurla yenidən yanaşıb
NASA Avropada həyat axtaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
