Gürcüstanda 26 nəfər “qanuni oğru” ittihamı ilə saxlanılıb
sizinxeber.az xəbər saytı

Gürcüstanda 26 nəfər “qanuni oğru” ittihamı ilə saxlanılıb


Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tbilisi, İmereti və Sameqrelo bölgələrində keçirdikləri xüsusi əməliyyat nəticəsində “qanuni oğrular” və “oğru dünyası” ilə əlaqəli 26 nəfəri saxlayıb.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, daha 4 nəfərə qiyabi ittiham irəli sürülüb.

Məlumata görə, onlardan 3-ü “qanuni oğru”dur.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər maliyyə mübahisələrinin həllində iştirak edərək xaricdəki "qanuni oğru"larla əlaqə saxlayıb və “oğru söhbətləri” təşkil ediblər.

Axtarışlar zamanı kompüter texnologiyaları, mobil telefonlar, odlu silahlar, patronlar və narkotik maddə olan marixuana götürülüb.

Sözügedən cinayətlər barədə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Oxşar xəbərlər

“Qanuni oğru”nun 720 mənzili dövlətə təhvil verildi - FOTO
Qanuni oğrular arasında “müharibə” - Video
Quli və Lənkəranskidən sonra lider o seçildi
Gürcüstan DİN Tbilisidəki aksiyalara görə daha 5 nəfəri saxlayıb
Rövşən Lənkəranskini təhqir edən Yetim Sabir saxlanıldı - Bakıya gətirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər