Gürcüstan DİN Tbilisidəki aksiyalara görə daha 5 nəfəri saxlayıb
sizinxeber.az xəbər saytı

Gürcüstan DİN Tbilisidəki aksiyalara görə daha 5 nəfəri saxlayıb


Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakı ittihamı ilə biri əcnəbi olmaqla, daha beş nəfəri saxlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı, eləcə də şəxsi yoxlama zamanı hərbi geyim, qaz maskaları, odlu silah, pul və yaddaş kartları aşkar edilərək götürülüb.

Onları 9 ilə qədər həbs gözləyir.

Ümumilikdə, Tbilisidə keçirilən aksiyalarda 23 nəfər müxtəlif cinayət ittihamları ilə saxlanılıb.

Oxşar xəbərlər

Tbilisidə keçirilən aksiyada polis 50 nəfəri saxlayıb
Ötən gün Tbilisidəki etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb
Gürcüstan polisi “Molotov kokteyli” hazırlayan şəxsi saxlayıb
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
İsrail İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər