Türkiyə BMT TŞ-nin Şimali Kiprlə bağlı qərarına etiraz edib
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb: “Digər tərəfdən, BMT TŞ-nin istifadə müddəti bitmiş və gündəmdən düşmüş həll modellərinə istinad məsələsində israr etməsi bizi təəssüfləndirir”.
Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.
“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Nazir: Türkiyə Şimali Kiprin inkişafı üçün lazım olanı edəcək
Türkiyə XİN Cənubi Kiprin silahlanması barədə bəyanat yayıb, xəbərdarlıq edib
Türkiyə XİN ABŞ və Kipr arasında müdafiə sahəsində əldə olunan razılaşmaları pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
