"Gürcü Arzusu": Bayden administrasiyası həm ABŞ, həm də Gürcüstan üçün zərərli idi
sizinxeber.az xəbər saytı

"Gürcü Arzusu": Bayden administrasiyası həm ABŞ, həm də Gürcüstan üçün zərərli idi


Gürcüstan ABŞ-la münasibətləri keyfiyyətcə bərpa etmək və strateji tərəfdaşlığı təmiz səhifədən başlamaq istəyir.

“Report”un məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

İ.Kobaxidze ümidvar olduğunu bildirib ki, Tramp ABŞ-də olan “dərin dövlət”lə mübarizədə qələbə qazanacaq və bu, dünyada, regionda sülhün təmin olunmasına, düzgün və sağlam dəyərlərin yayılmasına kömək edəcək.

 İrakli Kobaxidze
İrakli Kobaxidze

“Gürcü Arzusu” fraksiyasının sədri və partiyanın icra katibi Mamuka Mdinaradze Bayden administrasiyasını həm ABŞ, həm də Gürcüstan üçün ən zərərli administrasiya kimi qiymətləndirib:

Mamuka Mdinaradze
Mamuka Mdinaradze

“Əgər o, “dərin dövlət”i məğlub edə bilsə, Gürcüstanın tərəfdaşları ilə əlaqələri bərpa etməsi və əməkdaşlığını yenidən gücləndirməsi xeyli asanlaşacaq”.

Gürcüstan parlamentinin hüquq məsələləri komitəsinin sədrinin birinci müavini Tornike Çeişvili isə hesab edir ki, ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimindən sonra dünya siyasətində yeni bir dövr başlayır:

“Bu dövrün sülhə qovuşacağına dair bir çox optimist proqnozlar mövcuddur”.

Tornike Çeişvili
Tornike Çeişvili

Oxşar xəbərlər

Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
Gürcüstan parlamentində tək bir fraksiya - “Gürcü Arzusu” yaradılıb
İrakli Kobaxidze “Gürcü Arzusu”nun yaradıcısına qarşı sanksiyaları pisləyib
Kobaxidze: Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq Gürcüstan üçün vacib deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle