Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq
sizinxeber.az xəbər saytı

Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq


Macarıstanın “UBM Group” şirkəti Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə qoyacaq.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

2025-2028-ci illərdə Kostanay, Akmola və Türküstan vilayətlərində yem istehsalı və Almatı vilayətində premiks istehsalı üzrə üç zavodun tikintisi nəzərdə tutulub.

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov “UBM Group” şirkətinin nümayəndələri ilə görüşdə nazirliyin layihələrin həyata keçirilməsinə tam dəstək göstərəcəyini bildirib.

Tərəflər bu istiqamətdə birgə səylərin Macarıstan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini qeyd ediblər.

Oxşar xəbərlər

Braziliya “uçan avtomobil” istehsalına 100 milyon dollar sərmayə qoyacaq
Qazaxıstan 2025-ci ildə Ələt limanında terminalın tikintisinə başlayacaq
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır
Qazaxıstanda 26-cı “WPC Energy” Konqresi keçiriləcək
Qazaxıstan 2025-ci ildə Orta Dəhliz çərçivəsində tranzit potensialını gücləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər