Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman əl-Safadi ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, İordaniya və Türkiyə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün birlikdə fəaliyyət göstərir.
H.Fidan bildirib ki, Türkiyə, İordaniya, Suriya və region ölkələri İŞİD və Kürdüstan Fəhlə Partiyasına qarşı birgə mübarizə məsələlərini müzakirə etmək niyyətindədir.
Əl-Safadinin sözlərinə görə, Türkiyənin təhlükəsizliyinə təhdid yaradan hər şey regionun da təhlükəsizliyinə təhdiddir.
"3+3" formatında keçirilən görüşdə iki ölkənin diplomatiya rəhbərləri ilə yanaşı, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yusuf əl-Huneyti və İordaniyanın Baş Kəşfiyyat Təşkilatının direktoru Əhməd Husni də iştirak ediblər.
Oxşar xəbərlər
Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə regionda sülh və sabitlik istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN Hakan Fidanın Dəməşqə getdiyi barədə xəbəri təkzib edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan yunanıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Özbəkistan XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












