Ukraynada Rusiyanın bir neçə jurnalisti yaralanıb, biri ölüb
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Donetsk – Horlivka şosesində hərəkət edən avtomobilə hücumu nəticəsində “İzvestiya” qəzetinin ştatdankənar müxbiri Aleksandr Martemyanov ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti bildirib.
“İzvestiya” qəzetinin müxbiri Aleksandr Martemyanov Donetsk – Horlivka trasında Ukrayna PUA-sının avtomobilə hücumu nəticəsində həlak olub. Ukrayna Silahlı Qüvvələri “İzvestiya” qəzetinin müxbiri Aleksandr Martemyanovun olduğu mülki avtomobilə zərbə endirib”, – məlumatda qeyd olunub.
Qəzet avtomobilin “təmas xəttindən uzaqda yerləşdiyini” iddia edib.
Eyni zamanda, “RİA Novosti” jurnalistlərinin yaralandığını .
“<…> Donetskə qayıdırdıq. Yolda bizim maşınımıza kamikadze dron zərbə endirdi”, – hadisədə kontuziya və üzündən zədə almış agentliyin jurnalisti Maksim Romanenko bildirib. Onun sözlərinə görə, olayda “RİA Novosti”nin digər əməkdaşı Mixail Kevxiyev də yaralanıb.
Agentliyin məlumatına görə, ümumilikdə beş nəfər .
Qeyd edək ki, Horlivka Ukraynanın Donetsk vilayətinin eyniadlı mərkəzinin yaxınlığında yerləşir. 2022-ci ilin fevralında Rusiya sözügedən regionu ilhaq edib.
Oxşar xəbərlər
Ukraynanın PUA hücumu nəticəsində bir rusiyalı jurnalist ölüb, daha beşi yaralanıb
Rusiyanın “İzvestiya” telekanalının redaktoru Ukraynada müharibədə həlak olub
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
