Türkiyə Ukraynadakı müharibənin tez başa çatmasının tərəfdarıdır
Türkiyə Ukraynadakı müharibənin başa çatması üçün addımların intensivləşdirilməsinin tərəfdarıdır.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbələr Türkiyə xarici işlər naziri Hakan Fidanın belçikalı həmkarı Bernard Kventinlə gözlənilən görüşü barədə danışarkən bildirib.
Qeyd olunub ki, Ankara müharibənin diplomatik yolla həllinə dəstəyini davam etdirir. Mənbə həmçinin sülhə nail olmaq üçün danışıqlar prosesinin vacibliyini vurğulayıb.
Bildirilib ki, bütün region və Avropa üçün vacib olan Suriyada sabitliyin təmin edilməsi üçün tarixi fürsət yaranıb. Məlumata görə, belçikalı nazirin yanvarın 2-də Türkiyəyə səfəri planlaşdırılır:
“Gözlənilən danışıqlar zamanı Fidan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında konstruktiv əməkdaşlığın vacibliyinə, həmçinin Ukraynadakı münaqişənin diplomatik kanallar vasitəsilə ədalətli və davamlı həllinin vacibliyinə diqqət çəkəcək”.
Qeyd edək ki, bundan əvvəl Ankaradakı mənbə bildirib ki, Türkiyə hələ də İstanbulda Ukrayna üzrə danışıqların təşkili ilə bağlı tərəflərdən heç bir müraciət almayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl savaşın 2025-ci ildə bitəcəyinə ümid etdiyini söyləyib.
Oxşar xəbərlər
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Türkiyə beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fidan: Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












