Qazaxıstanlı nazir müavini: Təyyarənin "qara qutu"larının deşifrəsi qəzanın tam mənzərəsini ortaya qoyacaq
Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində iki saatlıq yaddaşa malik "qara qutu"lar aşkarlanıb və onların deşifrəsi zamanı hadisənin tam mənzərəsi ortaya çıxacaq.
"Report" xəbər verir ki, bunu "Kazinform" agentliyinə müsahibəsində Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev deyib.
"Ekipajın iş saatları və gəminin texniki parametrlərinin araşdırılması hadisənin bütün mənzərəsi görməyə imkan verəcək”, - Lastaev bildirib.
O xatırladıb ki, "qara qutu"lar iki növə bölünür.
"Birincisi səs yazılarını, səsli ismarışları və ekipaj üzvləri arasında söhbətləri qeyd edir. Uçuş başlayan andan avtomatik olaraq bütün bu məlumatlar yazılır. İkinci isə təyyarənin texniki parametrlərini - mühərrikin sürəti, hidravlik təzyiq, aviasiya məlumatlarını qeydə alır".
Bundan əvvəl Qazaxıstan qəzaya uğrayan təyyarənin "qara qutu"larını Braziliyaya göndərib. "Qara qutu"lar Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.
Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət uçuş məlumat qeydedicilərinin oxunmasını təmin edir və qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkə seçimi barədə qərar qəbul edir.
Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.
Oxşar xəbərlər
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb
Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb
Qazaxıstan qəzaya uğramış təyyarənin “qara qutu"larını Braziliyadakı CENIPA-ya göndərəcək
Nazir müavini: Qəzaya uğrayan təyyarənin qara qutuları ilə iş Braziliyadan mütəxəssislər gəldikdən sonra başlayacaq
Qəzaya uğramış “Embraer 190” təyyarəsinin "qara qutu"ları Braziliyaya göndəriləcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
