Güney azərbaycanlı idmançı mərasimdə İran prezidentinə türkcə müraciət edib
Parataekvondo üzrə gümüş mükafatçı, Güney Azərbaycandan olan Zəhra Rəhimi Paris Olimpiya və Paralimpiya mükafatçılarının təltifetmə mərasimində İran prezidenti Məsud Pezeşkiana türkcə müraciət edib.
“Report” “SNN.ir”ə istinadən xəbər verir ki, o, farsca çıxışının sonunda Azərbaycan türkcəsində danışıb.
İdmançı prezidentə müraciət edərək paralimpiya və olimpiyaçılara eyni yanaşılmasını istəyib.
“Cənab Prezident, sizdən xahiş edirəm ki, paralimpiya və olimpiyaçılara bir baxışla baxın”, - o deyib.
Qeyd edək ki, Zəhra Rəhimi 2006-ci il noyabrın 2-də Güney Azərbaycanın Təbriz şəhərində doğulub. O, yeddi yaşından idmanla məşğul olur. 2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarında gümüş mükafat qazanıb.
Zəhra Rəhimi bu il Vyetnamın Dananq şəhərində keçirilən Asiya çempionatında isə qızıl medal alıb.
Oxşar xəbərlər
Paris Yay Paralimpiya Oyunlarında ilk dəfə transgender idmançı mübarizə aparıb
Azərbaycanın paraüzgüçüsü "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













