DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
10:30

DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb

30 noy, 2024
10:30
774

DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb

Tbilisidə 29-30 noyabr tarixlərində keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qanuni polis tələbinə tabe olmamaq və kiçik xuliqanlıq səbəbindən 107 nəfəri saxlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bundan əlavə, agentlik bildirir ki, 10 DİN əməkdaşı yaralanıb.

“Bütün gecə boyu mitinq iştirakçıları polisə sözlü və fiziki müqavimət göstərib. Rustaveli prospektindəki insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Nümayişçilərin zorakılıq hərəkətləri nəticəsində DİN-in 10 əməkdaşı xəsarət alıb”, - nazirlik bildirib.

Məlumata görə, hazırda bir polis yanıq xəsarətləri ilə xəstəxanada qalır.

Bizimlə əlaqə saxlayın