Paşinyan: Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil
sizinxeber.az xəbər saytı

Paşinyan: Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna edib.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışında bildirib.

“Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”, - o deyib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.

“Biz sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq və bu proses davam edir. Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da 90 faizi artıq tamamlanıb”, - Paşinyan söyləyib.

O, həmçinin bildirib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.

Oxşar xəbərlər

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər