Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib.
“Sizinxeber.az” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyi rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.
“Hesab edəcəyik ki, bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Bəli, əslində, o, praktiki olaraq təşkil edilib”, – Putin əlavə edib.
O vurğulayıb ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem “məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək”.
Qeyd edək ki, noyabrın 21-də Rusiya qoşunları Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.
Rusiya Prezidenti öz vətəndaşlarına müraciətində Rusiyanın nüvəsiz hipersəs təchizatlı ballistik raketlə zərbə endirdiyini bildirib.
Oxşar xəbərlər
Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib - YENİLƏNİB
Rusiyanın Ukraynanın “Yujmaş” zavoduna ballistik raketlə hücumunun görüntüləri yayılıb - VİDEO
ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub
Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək
Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
