Polad Bülbüloğlu Kanadanın Rusiyadakı səfiri ilə regiondakı vəziyyəti müzakirə edib
Kanadanın Rusiyaya yeni təyin olunmuş səfiri Sara Teylor Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Bu barədə “Report”un Rusiya bürosu Azərbaycan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Polad Bülbüloğlu erməni diasporunun təsiri altında olan Kanadanın bəzi siyasətçilərinin Azərbaycanla bağlı qeyri-real, ədalətsiz və ermənipərəst bəyanatlarından narahat olduğunu bildirib. O, səfirə ölkələr arasında münasibətlərin pisləşməsi ilə bağlı narahatlığını Kanada rəhbərliyinə çatdırmağı xahiş edib.
Diplomat kanadalı həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Görüş zamanı bir sıra məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
Azərbaycanın səfiri münaqişənin tarixi, Azərbaycan və Ermənistan arasında uzunmüddətli və nəticəsi əldə olunmayan danışıqlar prosesi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə barədə ətraflı danışıb, o cümlədən 2023-cü il sentyabrın 19-da aparılan lokal antiterror tədbirləri barədə məlumat verib.
Azərbaycan diplomatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.
Tərəflər regionda gedən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Səfirimizdən Niderlandın qətnamələrinə etiraz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaradıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq - Almaniya səfiri [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO Baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












