Səfirimizdən Niderlandın qətnamələrinə etiraz
Haqqımızda Reklam
ru
23 
noy
2023
00:13

Səfirimizdən Niderlandın qətnamələrinə etiraz

23 noy, 2023
00:13
1 027

Səfirimizdən Niderlandın qətnamələrinə etiraz

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Niderlandın bu ölkədəki səfiri Xilles Arno Besxoor Pluxla görüşüb.

Sizinxəbər.Az publika.az-a istinadən xəbər verir ki, görüşdə Niderland Krallığının Nümayəndələr Palatasının Ermənistanın destruktiv mövqeyini dəstəkləyən çoxsaylı anti-Azərbaycan qətnamələrinin qəbulu ilə bağlı narahatlığını bildirən Polad Bülbüloğlu deyib:

"Niderland parlamentarilərinin qərəzli mövqeyi Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanır, regionumuzda dinc birgəyaşayışın təmin edilməsi üzrə beynəlxalq səylərə kömək etmir və sülh sazişinin imzalanması üzrə danışıqların başa çatmasına mane olur".

Azərbaycan səfiri Niderland diplomatını işğaldan azad olunmuş ərazilərdə vəziyyət, o cümlədən cari ilin sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumatlandırıb. Xüsusilə vurğulayıb ki, erməni əhalisi regionu könüllü olaraq tərk edib, Azərbaycan tərəfindən onları heç kəs məcbur etməyib.

Görüşdə, həmçinin ölkələrimiz arasında bəzi qarşılıqlı fəaliyyət məsələlərinə toxunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycanın səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş "Qarabağ işğaldan əvvəl və sonra" kitabını hədiyyə edib.

Bizimlə əlaqə saxlayın