sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İraqda Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, digəri yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
“Yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən həyata keçirilmiş təqib və sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb. Yaralanan silahdaşımız dərhal xəstəxanaya çatdırılaraq müalicəsinə başlanılıb”, – müdafiə qurumunun mətbuat xidməti açıqlayıb.
Qeyd olunub ki, bölgədə əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, “Pəncə-Kilit” əməliyyatı 2022-ci ilin aprelin 18-də başlayıb.
Oxşar xəbərlər
İraqın şimalında iki terrorçu zərərsizləşdirilib
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO
Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib
Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













