Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb. Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin aviazərbələri nəticəsində separatçı terror təşkilatının İraqın şimalındakı Gara, Hakurk və Kandil bölgələrində istifadə etdiyi mağara, sığınacaq, bunker və anbarları, həmçinin bu təşkilatların yüksəkrütbəli üzvlərinin gizləndiyi iddia edilən obyektlər məhv edilib. “Terrorla mübarizə bu coğrafiyada bir dənə də olsun terrorçu qalmayana qədər davam edəcək”, - deyə departament əlavə edib. Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələri dekabrın əvvəlində İraqın şimalında hava əməliyyatı keçirib və bu əməliyyat zamanı PKK terror qruplaşmasının 13 obyekti məhv edilib.
Oxşar xəbərlər
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü
Türkiyə başladı: Bir gecə qəfil mağaralarında vurduq!
Türkiyə Hərbi Hava Qüvvələri komandanı “Türk ulduzları” ilə uçdu - VİDEO
Ermənilərin radiolokasiya stansiyası məhv edildi
Ermənilərin sığınacağı belə məhv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













