Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib.
“Sizinxeber.az” “TRThaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.
Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.
Qeyd edək ki, dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçi şəhid olub.
Oxşar xəbərlər
Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO
Türkiyə kəşfiyyatı PKK-nın "rəhbərlərindən" birini məhv edib
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













