İran XİN başçısı: Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır
sizinxeber.az xəbər saytı

İran XİN başçısı: Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır


Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.

“Sizinxeber.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Ərakçi oktyabrın 18-də İstanbulda bildirib.

Nazir bölgədəki təhlükəli vəziyyəti nəzərə alaraq, İordaniya və Misirdən sonra Türkiyəyə səfər etdiyini bildirib: “Bu səfər xarici işlər nazirlərinin "3+3" formatında ikinci görüşü ilə üst-üstə düşüb”.

A.Ərakçi "3+3" toplantısının Gürcüstanın iştirakı olmadan keçiriləcəyini işarə edərək deyib ki, regionun digər ölkələri Qafqaz bölgəsindəki məsələlərlə bağlı danışıqları, hərəkətləri əlaqələndirməyə hazır olduqlarını nümayiş etdiriblər:

"Biz ehtiyatlı olmalıyıq. Regional problemlərin sülh yolu ilə həlli, təhlükəsizliyin təmini və siyasi razılaşmaların bölgəyə sülh və sabitlik gətirməsinə çalışmalıyıq”.

Nazir vurğulayıb ki, Türkiyə ilə həmişə yaxşı münasibətləri olub və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşlər zamanı regional məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının iştirakı ilə "3+3" formatının növbəti toplantısı keçiriləcək.

Oxşar xəbərlər

İran XİN rəhbəri: Regional məsələlər sülh yolu ilə həll edilməlidir
Hakan Fidan: “3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İran XİN başçısı ilə regional vəziyyəti müzakirə edib
Ermənistan XİN İstanbulda nazirlərin “3+3” formatında görüşündə iştirakı təsdiqləyib
İranın XİN başçısı Livanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər