

Pezeşkian və Putin neft-qaz sahəsində layihələrin reallaşdırılmasını sürətləndirməyə razılaşıblar
İran Prezidenti Masud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası başçısının mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti ilə danışıqlarımız oldu. Onlar təxminən bir saat davam etdi. Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq”, – Pezeşkian söyləyib.
İranın dövlət başçısı əlavə edib ki, Tehran İslam Respublikasının qonşuları ilə bütün razılaşmaların yerinə yetirilməsi sayəsində “sanksiyaların mənfi təsirini əhəmiyyətli dərəcədə azalda biləcək”.
Putin və Pezeşkianın danışıqları “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” beynəlxalq forumu çərçivəsində keçirilib.
Oxşar xəbərlər
Putinlə Pezeşkian Aşqabadda görüşüb
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
İran Prezidenti bir sıra nazir vəzifələrinə namizədlər irəli sürüb
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
