Elçin Əmirbəyov: “Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq”
Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.
O vurğulayıb ki, Avropa ölkələri buna ciddi kömək edə bilməsələr, Azərbaycan onların, ən azı, buna mane olmayacağını gözləyir.
E.Əmirbəyovun sözlərinə görə, Avropa İttifaqı (Aİ) vahid struktur deyil, ayrı-ayrı Aİ ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir: “Mən Aİ ölkələrinə müraciət etmək istərdim ki, onlar Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləsinlər. Bu, bizə düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı zaman tədricən normal həyata başlamağa imkan verəcəkdir. Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm. Təəssüf ki, Avropa İttifaqı hələ tam vahid struktur deyil və biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə olunması prosesinə necə mənfi təsir etdiyini görürük”.
Onun sözlərinə görə, Avropa İttifaqı xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Əmirbəyov: “Bakıya qarşı sanksiyaların tətbiqi ehtimalı ciddi qəbul edilməməlidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan öhdəliklərini yerinə yetirməlidir - PA rəsmisi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Onnik Krikoryan: “Azərbaycanla sülh sazişi Paşinyana siyasi dividendlər qazandıra bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












