Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov
sizinxeber.az xəbər saytı

Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov


Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov xarici işlər nazirliyində keçiriləm brifinqdə deyib.

“Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram. Burada təfərrüatlara varmaq istəmirəm. O baxımdan, bu bəyanatları ciddi qəbul etməməyə çağırıram”,- deyə E.Əmirbəyov bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Oxşar xəbərlər

Separatçılar mülki şəxsləri hərbi təyinatlı obyektlərə CƏLB EDİR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyi brifinq keçirir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ordumuz erməni mövqelərini darmadağın edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın bu saata kimi məhv edilən texnikasının SAYI AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağın erməni sakinlərinin reinteqrasiya planı hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər