Rusiya Polşa telekanalını “arzuolunmaz” elan edib
sizinxeber.az xəbər saytı

Rusiya Polşa telekanalını “arzuolunmaz” elan edib


Rusiya Federasiyasının Baş Prokurorluğu Polşanın “Belsat” telekanalını “arzuolunmaz” təşkilatlar siyahısına daxil edib.

“Sizinxeber.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəsmi “Telegram” kanalında məlumat verilib.

Bəyanatda telekanalın “Qərb üçün faydalı şablonlar” yayımladığı və hədəf auditoriyasının Rusiya Federasiyası və Belarus vətəndaşları olduğu bildirilib.

Nəzarət orqanında hesab edirlər ki, əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkə ilə bağlı mənfi obraz yaratmaq və Rusiya və Belarus İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərini tənqid etməkdir.

Baş Prokurorluqdan bildirilib ki, “Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə “Polşa Televiziyası” SC arasında bağlanmış müqavilə əsasında təsis edilən və bu qurumların vəsaiti hesabına maliyyələşdirilən telekanaldır.

Oxşar xəbərlər

Latviya komandalarının Rusiya və Belarus milliləri ilə üz-üzə gəlməsi qadağan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Türkiyə arasında Avrasiyadakı inteqrasiya prosesləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belarus iyulda ŞƏT-in onuncu üzvü elan ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Qərblə Rusiya arasında məhbus mübadiləsində bir çox ölkələr iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər