Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
sizinxeber.az xəbər saytı

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib


Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Azərbaycanın Müdafiə Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.

Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon danışığı olub
Zakir Həsənov: "Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"
Türkiyə müdafiə naziri Azərbaycana səfərə gəlib - VİDEO
3 hərbçimiz həlak oldu - Son dəqiqə
Zakir Həsənov, Kərim Vəliyev və daha üç general “Qarabağ” ordeni ilə təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle