Türkiyə və İraq Fars körfəzindən nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə ediblər
Türkiyə və İraq Ankarada keçirilən görüşdə Bəsrə şəhərindən Türkiyə sərhədinə qədər nəqliyyat dəhlizinin sürətlə həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraq baş nazirinin müavini Fuad Hüseynin başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub.
Tərəflər vurğulayıblar ki, regional təhlükəsizlik, sabitlik və rifah ticarət, investisiya, nəqliyyat və infrastruktur kimi sahələrdə və ümumi strategiya çərçivəsində irəliləyişlə mümkündür.
Bu çərçivədə İraqın və bütün regionun inkişafına töhfə verəcək “İnkişaf Yolu” layihəsinin sürətlə həyata keçirilməsi üçün atılması lazım olan addımlar müzakirə edilib.
“İnkişaf Yolu” Bəsrə şəhərindən, əslində isə Fars körfəzindən Türkiyəyə və daha da Avropaya gedən logistik yol və dəmir yolu marşrutudur.
Onun Kərbəla, Bağdad və Mosul da daxil olmaqla İraqın böyük şəhərlərindən keçməsi nəzərdə tutulur.
Marşrut Türkiyə tərəfindən şimal və cənub ilə birlikdə mərkəzi nəqliyyat dəhlizi olan “Yeni İpək Yolu”nun bir hissəsi kimi nəzərdə tutulub. Mərkəzi dəhliz Çindən Mərkəzi Asiya, Xəzər dənizi və Türkiyədən keçərək Avropaya gedən nəqliyyat marşrutları şəbəkəsidir.
Oxşar xəbərlər
Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramov Kassislə erməni təxribatını müzakirə etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












