Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
sizinxeber.az xəbər saytı

Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik


Zəngəzur dəhlizi vasitəsilə bölgəmiz üçün yeni fürsətlər ortaya çıxdı.

Trend xəbər verir, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumunun açılış mərasimində çıxış edərkən bildirib.

"Zəngəzur dəhlizi Cənubi Qafqazda normallaşma prosesi üçün önəmlidir. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru və dəmiryolunu təmin edəcək bu dəhlizin reallaşmasının bütün türk dünyasını bir-birinə bağlayan önəmli bir addım olacağına inanırıq. Dəhlizin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik", -deyə nazir əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə İstanbulda “Multimodulyar daşımalar və logistika” mövzusunda forum keçirilir.

Forumda Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımalarının təhlükəsizliyi və perspektivdəki işlər müzakirə olunur.

Oxşar xəbərlər

Abdulkadir Uraloğlu: "Zəngəzur dəhlizi ilə Azərbaycanla güclü infrastruktur əlaqəmiz yaranacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: "İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər