Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib
Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb.
“Sizinxeber.az” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.
Oxşar xəbərlər
Putin bəzi Avropa ölkələrinin vətəndaşlarına Rusiya vizası üçün güzəştlərini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: “ABŞ Rusiya ilə Avropanın arasını vurmağa nail olub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












