Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
dek
2023
03:04

Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib

19 dek, 2023
03:04
1 886

Putin Prezident seçkilərində iştirakla bağlı sənədləri MSK-ya təqdim edib

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Putin namizədliyini öz təşəbbüsü ilə irəli sürür. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi. Qrup iclası dekabrın 16-da baş tutub, iştirakçılar yekdilliklə V.Putini dəstəkləyiblər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın