Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratdığına dair iddialara münasibət bildirib
Türkiyə Suriya ilə Rusiyanın bu ölkə sərhədində hərbi baza yaratdığına dair iddialara münasibət bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
O söyləyib ki, bu, PKK/SDG/PYD-YPG terror təşkilatlarının həmin ərazidə zəifləməsi kimi qiymətləndirilməlidir: “Bölgədə hücuma cəhd olarsa, artıqlaması ilə cavab verəcəyik”.
Z.Aktürk həmçinin ərazidə çoxlu sayda türkiyəli hərbçinin şəhid olması ilə bağlı iddiaları da təkzib edib: “Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir. İraqla koordinasiyamız da hər ötən gün inkişaf edir. Terror təşkilatları və onlara aid media orqanları zaman-zaman dezinformasiyalar yayırlar. Bu, onların son çırpıntılarıdır”.
Qurum rəsmisinin sözlərinə görə, son vaxtlar ərazidə öldürülən terrorçuların sayının artması Türkiyə Silahlı Qüvvələrinin müntəzəm əməliyyatlar aparmasının göstəricisidir: “Oradakı mağaralardakı terrorçular yavaş-yavaş təmizlənir. Ərazi tamamilə təmizlənənə qədər əməliyyatlar davam edəcək. Çox az qalıb”.
Qeyd edək ki, daha əvvəl Rusiya və Suriyanın Türkiyə ilə sərhəddə baza yaratmasına dair məlumat yayılmışdı.
Oxşar xəbərlər
Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
